1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində "Abşeron" ticarət mərkəzinin qarşısında Bərdə rayon sakini, 1995-ci il təvəllüdlü Elməddin Səməd oğlu Abbasov və Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Elxan Elman oğlu Sadıxovun idarə etdikləri avtomobillər toqquşub.
Hadisə nəticəsində E.Sadıxov müxtəlif bədən xəsarətləri alıb, Elməddin Abbasov və sərnişin - 1978-ci il təvəllüdlü Aynurə Elxan qızı Xankişiyeva aldıqları xəsarətlərdən səhiyyə müəssisəsində ölüblər.
Fakta bağlı cinayət işi başlanılıb.
Samir Əli