AZ

“Cabirin bu sözünü heç vaxt unutmayacam” – Aybəniz Haşımova

“Üzeyir bəyin 140 illiyinə həsr olunmuş tədbirlə bağlı Cabirə zəng etdim. Fikrimi və istəyimi ona çatdırdım. Dedi ki, “Aybəniz xanım, bu gün işdə deyiləm, sabah zəhmət olmasa gəlin yanıma, orada danışarıq. Məni o qədər böyük sevgi və hörmətlə qarşıladı ki, bu münasibət məni çox təsirləndirdi”.

KONKRET.az xəbər verir ki, bu sözləri sosial media hesabında Əməkdar artist Aybəniz Haşımova Cabir İmanov haqda yazıb.

“Zəng edib “Aybəniz xanımın istəyini yerinə yetirmək lazımdır. Ən yüksək səviyyədə təşkil edin. Nə istəyir, nə arzulayırsa, hamısını edin” dedi. Bu sözləri və münasibəti heç vaxt unutmayacağam. Mənə yaxşılıq etmək istədiyinə görə deyil, sadəcə, onun bu qədər alicənab, bu qədər dəyər verən bir insan olduğunu öz gözlərimlə gördüyüm üçün. Və insan bu zaman düşünməyə bilməz, axı niyə bu dünyadan belə dəyərli, belə ürəkli insanlar bu qədər tez köçürlər?

Ailəlikcə tanıdığım, böyük hörmət və dəyər verdiyim bir insan, Cabir İmanov. Allah rəhmət etsin”.

Seçilən
34
8
konkret.az

10Mənbələr