AZ

Leysan yağışları nəticəsində çay daşdı, bənd dağıldı – Sakinlər qorxu içində – VİDEO

Son günlər yağan güclü leysan yağışları nəticəsində Zaqatalanın Talaçay çayında suyun səviyyəsi xeyli qalxıb.

KONKRET.az xəbər verir ki, çayın daşması ərazidəki bəndin yuyulmasına səbəb olub. Bununla da çayın sağ sahilində yerləşən evlər üçün ciddi təhlükə yaranıb.

Sakinlərdən biri baş verən hadisəni belə təsvir edib:

“Qısaqapanma nəticəsində partlayış oldu. Bir dəqiqə keçməmiş bənd uçdu. Çox dəhşətli səs gəldi. Belə şəraitdə yaşamaq mümkün deyil, qorxuruq. Bəndin yenidən tikilməsi vacibdir. Bu bənd 1960-cı illərdə inşa olunub”.

Seçilən
5
4
konkret.az

5Mənbələr