
Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Reyting.az-ın məlumatına görə, “Abşeron” ticarət mərkəzinin qarşısında qeydə alınan qəzada iki nəfər dünyasını dəyişib.
Qəza, 1995-ci il təvəllüdlü Elməddin Abbasov və 1996-cı il təvəllüdlü Elxan Sadıxovun idarə etdikləri avtomobillərin iştirakı qəza baş verib. Nəticədə Elməddin Abbasov və sərnişini, 1978-ci il təvəllüdlü Aynurə Xankişiyeva xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
Fakta bağlı cinayət işi başlanılıb.