AZ

ÇL: "Qalatasaray" "Liverpul"a, "Real" "Kayrat"a qarşı

Bu gün Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tur start götürəcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə 9 matç keçiriləcək.

Azərbaycan təmsilçisi "Qarabağ"ın rəqiblərindən "Çelsi" "Benfika" ilə, "Ayntraxt" "Atletiko" ilə, "Ayaks" "Marsel"lə qarşılaşacaq.

Türkiyə "Qalatasaray"ı öz meydanında Ağdam təmsilçisinin digər bir rəqibi "Liverpul"u qonaq edəcək.

Tarixində ilk dəfə ÇL-də mübarizə aparan "Kayrat" isə "Real"ı qəbul edəcək.

Qeyd edək ki, "Qarabağ" sabah evdə "Kopenhagen"lə üz-üzə gələcək.

Çempionlar Liqası,

Liqa mərhələsi,

2-ci tur

30 sentyabr

20:45. "Atalanta" (İtaliya) - "Brügge" (Belçika)

20:45. "Kayrat" (Qazaxıstan) - "Real" (İspaniya)

23:00. "İnter" (İtaliya) - "Slaviya" (Çexiya)

23:00. "Çelsi" (İngiltərə) - "Benfika" (Portuqaliya)

23:00. "Atletiko" (İspaniya) - "Ayntraxt" (Almaniya)

23:00. "Budo-Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə)

23:00. "Marsel" (Fransa) - "Ayaks" (Niderland)

23:00. "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)

23:00. "Pafos" (Kipr) - "Bavariya" (Almaniya)

1 oktyabr

20:45. "Yunion" (Belçika) - "Nyukasl" (İngiltərə)

20:45. "Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka)

23:00. "Arsenal" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)

23:00. "Bayer" (Almaniya) - PSV (Niderland)

23:00. "Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)

23:00. "Napoli" (İtaliya) - "Sportinq" (Portuqaliya)

23:00. "Monako" (Fransa) - "Mançester Siti" (İngiltərə)

23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Atletik" (İspaniya)

23:00. "Barselona" (İspaniya) - PSJ (Fransa)

Seçilən
13
4
ikisahil.az

10Mənbələr