Lökbatanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb.
Yenisabah.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki “Abşeron” ticarət mərkəzinin qarşısında baş verib.
1995-ci il təvəllüdlü Elməddin Abbasov, 1996-cı il təvəllüdlü Elxan Sadıxov idarə etdikləri avtomobillərin iştirakı qəza baş verib. pizza sifarişi
hadisə nəticəsində Elməddin Abbasov və sərnişin 1978-ci il təvəllüdlü Aynurə Xankişiyeva xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
Fakta bağlı cinayət işi başlanılıb.
Telegram kanalımız