"Barselona" klubunun sabiq prezidenti Xosep Bartomeu hakim qarşısına çıxacaq.

Offsideplus.az xəbər verir ki, 62 yaşlı funksioner 2019-cu ildəki Malkom və Antuan Qrizman transferlərinə görə günahlandırılır. Hər iki keçiddə saxtakarlıq olduğu iddia olunur.

İstintaqın başlamağına katalon klubunun hazırki prezidenti Xoan Laportanın bəyanatı səbəb olub. Kluba dəyən ziyanın 30 milyon avro məbləğində olduğu düşünülür.