AZ

Rusiya: 102-ci hərbi bazanın Ermənistandan çıxarılması gündəmdə deyil

Rusiya 102-ci hərbi bazanın Ermənistandan çıxarılması ilə bağlı iddiaları rədd edib.

Vətəninfo.az xəbər verir ki, Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin erməni jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya hərbi mövcudluğu Ermənistanın təhlükəsizlik sisteminin əsas elementi və regional sabitliyin mühüm amilidir. Onun sözlərinə görə, rus qoşunları regionda heç kim üçün təhlükə yaratmır.

Diplomat xatırladıb ki, Ermənistan tərəfi də bütün səviyyələrdə Gümrüdə yerləşən hərbi bazanın çıxarılmasının gündəmdə olmadığını təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyan da məsələ ilə bağlı oxşar açıqlamalar verərək, mövzunun müzakirə olunmadığını bildirmişdilər.

Seçilən
0
veteninfo.az

1Mənbələr