AZ

İlin sonuna qədər istefa verəcək

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff ilin sonuna qədər vəzifəsini tərk edəcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “The Times of Israel” yayıb.

Mənbənin sözlərinə görə, xüsusi nümayəndə Qəzza zolağında müharibənin tezliklə başa çatması ehtimalı ilə bağlı öz postunu tərk etməyə hazırlaşır.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu D.Trampın Qəzzada münaqişənin nizamlanmasına dair planını qəbul edib. HƏMAS hərəkatı isə sənədi təhlil etmək üçün əldə edib. Tərəflər razılığa gələrsə, S.Uitkoff istefaya yollanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
qafqazinfo.az

1Mənbələr