Demokrat.az-ın məlumatına görə, şikayətçi Tural Qoca "Xəzər” TV-yə müraciətində bildirib ki, "TikTok” platformasında özünü stomatoloq kimi təqdim edən Nicat Həsənov adlı şəxsin qəbulunda olub və sağlamlığına ciddi zərər dəyib.
Tural Qoca iddia edib ki, Nicat Həsənov heç bir cərrahi əməliyyat olmadan ağrısız şəkildə onun dişini çəkəcəyini vəd edib. Lakin səhhətində problem yaranandan sonra araşdırıb ki, Nicat Həsənovun stomatoloq kimi fəaliyyət göstərmək üçün diplomu yoxdur.
Zərərçəkmiş 500 manat ödədiyini, amma ölümdən döndüyünü deyib. O, həkim Nicat Həsənovun hadisədən sonra onun səhhəti ilə maraqlanmadığını bildirib.
İddialarla bağlı stomatoloq Nicat Həsənovla əlaqə saxladıqda, o, pasiyentlə aralarında anlaşılmazlıq olduğunu deyib.
Nicat Həsənov diplomu olmadığı barədə iddianı təkzib etsə də, sənədin surətini təqdim etməkdən imtina edib.
Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, Nicat Həsənovun adı "Tibb kadrlarının vahid reyestri”ndə mövcud deyil. O da qeyd edildib ki, vətəndaşlar özəl tibb müəssisələrində qarşılaşdıqları bu kimi mənfi hallarla əlaqədar Mərkəzin "qaynar xətt”inə zəng edərək və ya onlayn qaydada şikayətlərini bildirə bilərlər.
Daha ətraflı videomaterialda:
10Mənbələr
-
yenilik.azAğıl dişini diplomu olmayan həkimə çəkdirdi… – DETALLAR – VİDEO ( 21896047)
-
yenisoz.azStomatoloq Nicat Həsənova görə öl*mdən döndüm-Şikayət ( 21887194)
-
editor.az500 manat ziyana düşdü, az qaldı ölsün – “TikTok Stomatoloqu” barəsində AĞIR İDDİA – VİDEO ( 21880876)
-
cebheinfo.azDiplomu olmayan stomatoloq pasienti 500 manat ziyana saldı - VİDEO ( 21880729)
-
day.az500 manat ziyana düşdü, az qaldı ölsün - “TikTok Stomatoloqu” barəsində AĞIR İDDİA - VİDEO ( 21878773)
-
konkret.az500 manat ziyana düşdü, az qaldı ölsün – “TikTok Stomatoloqu” barəsində AĞIR İDDİA – VİDEO ( 21878704)
-
news.milli.az500 manat ziyana düşdü, az qaldı ölsün “TikTok Stomatoloqu” barəsində AĞIR İDDİA VİDEO ( 21878227)
-
milli.az500 manat ziyana düşdü, az qaldı ölsün - “TikTok Stomatoloqu” barəsində AĞIR İDDİA - VİDEO ( 21877915)
-
hit.az"Dişimi çəkdirmək mənə 500 manatdan çox başa gəldi, ölümdən də döndüm" - VİDEO ( 21877786)
-
demokrat.azBir dişi çəkdirməyə 500 manat ödədi, nəticədən narazıdır — VİDEO ( 21877366)