AZ

Nikol Kidman 19 illik həyat yoldaşından ayrıldı

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Hollivud ulduzu Nikol Kidman və müğənni həyat yoldaşı Kit Urban ayrılıb.

Axşam.az xəbər verir ki, 58 yaşlı aktrisa ilə 57 yaşlı ifaçı 19 illik evliliklərini sonlandırmaq qərarı alıb.

Bildirilib ki, ayrılmaq qərarını alan Keyt olub, Nikol isə bunu istəməyib.

İnsayderlər cütlüyün yayın əvvəlindən ayrı yaşadığını iddia edirlər: musiqiçi Neşvildə ev alıb və ailə malikanəsindən köçüb.

Ayrılığın səbəbləri hələ açıqlanmayıb və cütlüyün nümayəndələri iddiaları şərh verməkdən imtina ediblər.

Qeyd edək ki, Kidman və Urban 2005-ci ildə tanış olub. Onlar 2007-ci ildə ailə qurub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
axsam.az

1Mənbələr