AZ

Həkim hipertoniyanı müalicə edərkən bu 3 səhvi etməməyə çağırıb

Kardioloq və lipidoloq Anastasiya Malçenkovanın sözlərinə görə, insanlar hipertoniyanı müalicə edərkən bir sıra tipik səhvlərə yol verirlər.

E-saglam.az xəbər verir ki, o, Gazeta.Ru-ya açıqlamasında ən çox rast gəlinən üç səhvi sadalayıb.

1. Təzyiqi ölçərkən danışmaq:

Həkimin sözlərinə görə, bu, ən yayılmış və eyni zamanda ən təhlükəli səhvlərdən biridir. “Bu, əhəmiyyətsiz görünə bilər, lakin təzyiq ölçülərkən danışmaq göstəricilərin faktiki dəyərdən 4–19 mmHg daha yüksək çıxmasına səbəb ola bilər,” – deyə Malçenkova xəbərdarlıq edib.

O əlavə edib ki, ayaqları çarpaz şəkildə oturmaq və ya qolu ürək səviyyəsindən aşağı saxlamaq da nəticələrin dəqiqliyinə mənfi təsir göstərir.

 2. Dərmanları düzgün qəbul etməmək:

Mütəxəssis bildirib ki, təyin olunmuş dərmanların vaxtında qəbul edilməməsi onların təsirini azaldır. Əgər doza buraxılıbsa və pasiyent növbəti dəfə ikiqat doza qəbul edərsə, bu, qan təzyiqinin həddindən artıq sürətlə enməsinə səbəb ola bilər. Nəticədə böyrəklər, ürək və beyin ciddi gərginliklə üzləşir.

🔹 3. Həkim qəbuluna gəlməzdən əvvəl dərman qəbul etməmək:

Malçenkovanın sözlərinə görə, bəzi pasiyentlər müayinəyə gəlməzdən əvvəl dərmanlarını qəbul etmir. Bu isə həkimin təzyiqi ölçərkən səhv nəticə almasına səbəb olur və müalicə planının düzgün tərtibinə maneə yaradır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
9
e-saglam.az

1Mənbələr