AZ

Ölən sənətçinin sərvəti nə qədərdir? – Məbləğ ağızları açıq qoydu – FOTO

Məşhur sənətçi Güllünün ölüm xəbəri Türkiyəni yasa boğarkən, hadisənin pərdəarxası hələ də qaranlıq qalır. Bir tərəfdən istintaq davam edir, digər tərəfdən isə “Güllü’nün sərvəti nə qədərdir” sualı gündəmdə qalmaqdadır.

Bizim.Media xəbər verir ki, bu barədə “haberler.com” nəşri yazıb.

Sevilən sənətçinin qəfil ölümü pərəstişkarlarını dərindən sarsıtsa da, sosial şəbəkələrdə dolaşan “pəncərədən atıldı” iddiaları və otopsi hesabatında əks olunan ilkin məlumatlar müzakirələri daha da artırdı.

Güllünün sərvəti barədə sosial mediada çoxsaylı müzakirələr aparılsa da, dəqiq və rəsmi mənbələrdən təsdiqlənmiş rəqəmlər açıqlanmayıb.

İddialardan birinə görə, Güllünün meneceri Fərdi Aydın canlı yayında sənətçinin qazancı ilə bağlı təxminini belə ifadə edib:

“2 milyonu boş verin. Sadəcə 1 milyon qazansa Çınarcıkda normal bir evdə yaşayan qadın ayda 500 min yığa bilər. Bu da ildə 6 milyon edər. Deməli 30 ildə 200 milyon lirə sərvəti yığılıb”.

Bu kimi açıqlamalar isə onun sərvəti ətrafında müxtəlif fərziyyələrə yol açıb. Ancaq bunların hamısı təxmin xarakterlidir – rəsmi maliyyə hesabatları, vergi qeydləri, bank hesabları ictimaiyyətə təqdim olunmadığı üçün Güllünün sərvətinə dair qəti cavab yoxdur.
 

 

Mediada yayılan məlumatlara görə, otopsidə döyülmə və zorakılıq izlərinə rastlanmayıb, xəsarətlərin hündürlükdən yıxılma nəticəsində yarandığı qeyd olunub. Bu isə sosial mediada səslənən “pəncərədən atıldı” və ya “övladlarının əli ola bilər” kimi iddiaların tibbi əsasının olmadığını göstərir.



Amma rəsmi məhkəmə-tibbi sənəd hələlik ictimaiyyətə açıqlanmayıb. Buna görə də mediada dolaşan “otopsi hesabatı ortaya çıxdı” xəbərləri hələ ki, yalnız mənbələrin şərhlərinə əsaslanır, qəti rəsmi sənəd halında təqdim edilməyib.
 



Bizim.Media

Seçilən
14
1
bizim.media

2Mənbələr