AZ

UNEC ilə “Huawei” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib

UNEC-in rektoru professor Ədalət Muradov Çin Xalq Respublikasında işgüzar səfərdədir.

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində professor Ədalət Muradov həmkarları ilə birlikdə dünyanın qabaqcıl texnologiya şirkətlərindən biri olan “Huawei”nin dəvəti ilə bir sıra görüşlərdə iştirak edib.

İlk olaraq nümayəndə heyəti şirkətin Pekində yerləşən baş ofisini və əsas sərgi mərkəzini ziyarət edib. Burada onlara “Huawei” tərəfindən müxtəlif sahələrdə tətbiq edilən müasir ağıllı (Smart) texnoloji həllər nümayiş olunub.

Daha sonra “Huawei”nin vitse-prezidenti David Vang ilə görüş keçirilib. Görüşdə şirkətin Smart Education (ağıllı təhsil) modeli ətraflı təqdim olunub. Ə.Muradov və nümayəndə heyəti smart modelin üstünlükləri, tədris prosesinə gətirdiyi yeniliklərlə bağlı məlumat əldə ediblər. Eyni zamanda “ağıllı təhsil” konsepsiyasının Azərbaycanda tətbiqi perspektivləri müzakirə olunub və gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Səfərin davamında “Huawei”in süni intellekt (AI) və 5G-A texnologiyaları üzrə həyata keçirdiyi son yeniliklər qonaqlara təqdim olunub. Bu texnologiyaların müxtəlif sahələrdə yaratdığı imkanlar, həmçinin qlobal inkişaf proseslərinə təsiri barədə ətraflı məlumat verilib.

 

 

 

 

 

Seçilən
19
9
tehsil.biz

10Mənbələr