Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal əldə edib.
Operativ Media xəbər verir ki, üzgüçü Oqtay Hüseynov birinci yeri tutub.
O, 400 metr məsafəyə qarışıq üzmə yarışında bütün rəqiblərini qabaqlayıb.
Rusiyalı İlya Yamşanov ikinci, Belarusdan olan Maksim Malışka üçüncü yeri tutub.
Qeyd edək ki, Yeqor Maynitski 200 metr məsafəyə bras üsulu ilə üzmə yarışında 3-cü yeri tutub.