Bakı. Trend:
Qlobal istiləşməni 2030-cu ilə qədər 1,5 dərəcə səviyyəsindəsaxlamaq üçün dünya enerjisində irimiqyaslı transformasiya başverməlidir.
Trend xəbər verirki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı İqlimFəlaiyyəti Həftəsində çıxışında deyib.
Onun sözlərinə görə, Paris Sazişinin məqsədlərinə nail olmaqüçün 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin ümumi gücü11 000 GVt-a çatdırılmalı, enerji saxlama gücü 1 500 GVt-a qədərartırılmalı, 25 milyon kilometr elektrik şəbəkəsi tikilməli və yayenilənməli, həmçinin generasiya və istehlak mərkəzlərinibirləşdirən yeni enerji dəhlizləri yaradılmalıdır.
Nazir qeyd edib ki, yalnız ötən il dünyada 582 GVt yeni “yaşılgüc"lər qurulub, lakin "IRENA"nın məlumatına görə, bu vəzifəninicrası üçün illik artımın 16,6 faiz səviyyəsində olması tələbolunur.
Şahbazov vurğulayıb ki, davamlı enerji keçidi müasirşəbəkələrin, saxlama sistemlərinin və səmərəli enerji ötürməinfrastrukturunun inkişafı olmadan mümkün deyil.