AZ

Azərbaycanın pambıq mahlıcı ixracından gəliri 10% azaldı

BAKI, 30 sentyabr.. TELEQRAF

Bu ilin yanvar-avqust aylarında Azərbaycan pambıq mahlıcı ixracından 124,7 milyon dollar gəlir əldə edib.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayında qeyd olunub.

Bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 9,9 faiz azdır.

Xatırladaq ki, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın bu məhsulun ixracından qazancı 138,5 milyon dollar olmuşdu.

Seçilən
26
teleqraf.com

1Mənbələr