AZ

Mirzoyan NATO müavini ilə "Tramp yolu"ndan danışıb

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığıməlumataəsasən, görüş Varşava Təhlükəsizlik Forumu çərçivəsində baş tutub. Tərəflər Ermənistan və NATO arasında tərəfdaşlığın artırılması imkanları üzrə müzakirə aparıblar. NATO-ya üzv ölkələrin səfirlərinin İrəvana axırıncı səfəri, habelə Ermənistanın alyansın sülhməramlı missiyalarında iştirakı müsbət qiymətləndirilib.

Söhbət əsnasında Cənubi Qafqazdakı vəziyyətə də toxunulub. Azərbaycanla sülh naminə atılan addımlar, "Tramp yolu" layihəsinin həyata keçirilməsi və Vaşinqtonda imzalanmış sənədlər ətrafında fikir mübadiləsi aparılıb.
Oman Zəngəzur dəhlizi haqqında məlumatlandırılıb

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh sazişi paraflanıb, eyni zamanda, sülh bəyannaməsi imzalanıb. Mərasimdə Donald Tramp ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, Zəngəzur dəhlizinin "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" ("Tramp yolu") adlanacağını bildirib.

Firudin Həmidli
AzVision.az
Seçilən
20
azvision.az

1Mənbələr