Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakıda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.
Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Abbasov Elməddin Səməd oğlu və Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Sadıxov Elxan Elman oğlunun idarə etdikləri avtomobillər toqquşub.
Nəticədə Elməddin Abbasov və 1978-ci il təvəllüdlü sərnişin Xankişiyeva Aynurə Elxan qızı aldıqları ağır xəsarətlərdən vəfat edib. E.Sadıxov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
***
Oxu.az hadisə yerindən görüntüləri yayıb. Həmin videonu təqdim edirik:
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.