AZ

Milli Məclisin iclası başladı

BAKI, 30 sentyabr. TELEQRAF

Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclası keçirilir.

Teleqraf xəbər verir ki, iclasın gündəliyinə 12 məsələ daxil edilib:

1. Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının 5-ci ildönümü ilə əlaqədar Milli Məclisinin Bəyanatı.

2. Milli Məclisinin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında.

3. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (II səsvermə).

4. “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişinin təsdiq edilməsi haqqında” qanununun layihəsi.

5. “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq haqqında” qanununun layihəsi.

6. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə qanununun layihəsi.

7. “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş”in təsdiq edilməsi haqqında qanununun layihəsi.

8. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında” qanununun layihəsi.

9. “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə qanununun layihəsi.

10. “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanununun layihəsi.

11. “Tibbi sığorta haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi (birinci oxunuş) .

12. Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi (birinci oxunuş).

Seçilən
17
49
teleqraf.com

10Mənbələr