AZ

Saat 11:30-da qaz kəsiləcək -

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib Bildirilib ki, şəhərin Ceyranbatan bağları ərazisindən keçən 76 millimetrlik qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar bu gün saat 11:30-dan etibarən 1200 abonentin qaz təminatı müvəqqəti dayandırılacaq.

Qazın verilməsi qəza-bərpa işləri başa çatdıqdan sonra bərpa olunacaq.

Seçilən
13
19
metbuat.az

10Mənbələr