AZ

Arşavil "Real Madrid"in Qazaxıstanda məğlub olmasını arzulayıb

"Almatı Kairat"ın sabiq hücumçusu Andrey Arşavin "Real Madrid"in Qazaxıstan klubu ilə qarşıdakı oyunda məğlub olmasını arzuladığını deyib...

Poliqon xəbər verir ki, o, bu barədə "Diario Sport" nəşrinə müsahibəsində bildirib.

"Ümid edirəm ki, "Kayrat" qalib gələcək. "Real Madrid"in hər məğlubiyyəti ruhum üçün balzam kimidir", Arşavin deyib.

Sentyabrın 30-da "Kairat" və "Real Madrid" komandaları qarşılaşacaq. Komandalar meydana Bakı vaxtı ilə saat 20:45-də çıxacaq.

Çempionlar Liqasının ilk turunda "Kayrat" səfərdə "Sportinq Lissabon"a 4:1 hesabı ilə uduzub, "Real" isə evdə "Marsel"i 2:1 hesabı ilə məğlub edib.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr