AZ

Milli Məclis 3 sessiyada 110 qanun və qərar qəbul edib

Milli Məclisin son 3 sessiyası ərzində 22 iclas keçirilib, nəticədə 110 qanun və qərar qəbul olunub. Bu barədə parlament sədri Sahibə Qafarova sentyabrın 30-da payız sessiyasının ilk iclasında məlumat verib.

Onun sözlərinə görə, hesabat dövründə 20 deputat xarici ölkələrə 23 səfər edib və 5 beynəlxalq təşkilatın tədbirlərində iştirak edib.

Eyni zamanda, Milli Məclisdə 20 ölkədən 23 nümayəndə qəbul olunub.

Gülnar Nazimqızı 

Seçilən
18
anews.az

1Mənbələr