AZ

Əhməd İsmayılov: “Azərbaycan və Özbəkistan mediası oxşar çağırışlarla üz üzədir“

Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Son onillikdə qlobal informasiya məkanında baş verən proseslər medianın mahiyyətini tamamilə dəyişib".

Moderator.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda deyib.

O bildirib ki, informasiyanın istehlak forması sürətlə rəqəmsallaşır, sosial şəbəkələr və onlayn platformalar informasiya mübadiləsinin əsas kanallarına çevrilir.

Ə.İsmayılovun sözlərinə, rəqəmsal transformasiya medianın operativliyini artırmaqla yanaşı, həm də onun qarşısına yeni məsuliyyətlər qoyur:

"Burada əsas məsələ informasiya bolluğunda dəqiq, obyektiv və etibarlı xəbərin təmin edilməsidir. Azərbaycan mediasında son illərdə dövlətin dəstəyi ilə məhz bu istiqamətdə ciddi islahatlar həyata keçirilir. Özbəkistan mediasının da oxşar transformasiya mərhələsindən keçməsi əməkdaşlığımızın aktuallığını daha da artırır. Çünki biz oxşar çağırışlarla üz-üzəyik: dezinformasiyaya qarşı mübarizə, peşəkar jurnalistikanın qorunması, gənc nəslin rəqəmsal mühitdə maarifləndirilməsi, milli maraqların beynəlxalq informasiya axınında qorunması. Bu baxımdan Azərbaycan və Özbəkistan arasında media əməkdaşlığı sadəcə iki ölkə mediası üçün deyil, bütövlükdə region üçün nümunəvi bir model ola bilər. Çünki bizim xalqlarımızın ortaq dəyərləri, ortaq tarixi yaddaşı var. Media bu dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsində əvəzsiz vasitədir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
16
moderator.az

10Mənbələr