AZ

HƏMAS ABŞ-nin Qəzza planına cavabı təxirə salır – ÖZƏL

Radikal Fələstin hərəkatı HƏMAS, ABŞ-nin Qəzza zolağındakı münaqişənin həlli planına cavabını bir neçə gündən tez verməyəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, HƏMAS Amerika təklifinin surətlərini Misir və Qətərdən olan nümayəndələrdən alıb. Hərəkat cavab verməzdən əvvəl planı hərtərəfli öyrənəcəyinə söz verib.
Daha əvvəl Ağ Ev Qəzza zolağında münaqişənin həlli planını dərc etmişdi. Plan döyüş əməliyyatlarının tamamilə dayandırılmasını, həmçinin HƏMAS-ın girov saxladığı şəxslərin 72 saat ərzində azad edilməsini nəzərdə tutur. Bundan əlavə, sənəddə keçid dövrü üçün zolağın xarici idarəetməyə verilməsi təklif olunur. Eyni zamanda, anklavda olan sakinlərə həm oranı tərk etmək, həm də geri qayıtmaq imkanı veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
olaylar.az

1Mənbələr