AZ

Deputatlar tətil vaxtı da fəal işləyiblər - Aydın Mirzəzadə

Parlamentin tətil dövründə deputatlar seçicilərlə əlaqəni davam etdirib, aktual məsələlərlə bağlı çıxışlar ediblər. Bunu sentyabrın 30-da Milli Məclisin deputatı Aydın Mirzəzadə payız sessiyasının ilk iclasında bildirib.

Onun sözlərinə görə, bu, tətil zamanı da parlament üzvlərinin fəal işlədiyini göstərir.

Deputat əlavə edib ki, payız sessiyası ərəfəsində bir sıra tarixi görüşlər baş tutub. Azərbaycanın Ermənistanla sülhə hazır olduğunu deyən Mirzəzadə, sülhün tək tərəfin istəyilə mümkün olmadığını bildirib

 “Ermənistanın nə qədər səmimi olduğunu zaman göstərəcək”, - o əlavə edib. 

O, həmçinin qeyd edib ki, əvvəlki ABŞ rəhbərliyi Azərbaycana dəstək göstərməyib, lakin  prezident Donald Tramp münaqişələrin dayandırılmasında maraqlı mövqe sərgiləyib.

Gülnar Nazimqızı 

Seçilən
21
1
anews.az

2Mənbələr