AZ

Türkiyə ilə ərəb ölkələri Trampın Qəzza layihəsini müzakirə ediblər

ain.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ərəb diplomatiyasının rəhbərləri Trampın 20 bəndlik Qəzza sülh planını müzakirə ediblər.

Türkiyə diplomatiyasının rəhbəri Hakan Fidan Səudiyyə Ərəbistanı, Qətər və İordaniyanın xarici işlər nazirləri ilə danışıqlar aparıb. Müzakirə mövzusu ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planı olub.

Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə deyib: "Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani və İordaniyanın xarici işlər naziri Ayman Safadi ilə telefon danışıqları aparıb. Danışıqlar zamanı ABŞ Prezidenti Trampın elan etdiyi atəşkəs planı ətrafında fikir mübadiləsi aparılıb".

Dünən Donald Tramp Qəzza zolağı üçün 20 bəndlik sülh planını təqdim edib. Trampın planına görə, münaqişə tərəfləri üç gün ərzində atəşi dayandırmalı, HƏMAS bütün girovları İsrailə qaytarmalı, Fələstin anklavında hakimiyyəti təhvil verməlidir. HƏMAS hələ Vaşinqtonun təkliflərinə cavab verməyib.

Hürr Tərcüman

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
hurriyyet.az

2Mənbələr