AZ

Bakıda evlərin qiyməti belə dəyişə bilər İki vacib detal

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Son günlər Bakının mərkəzində mənzil qiymətlərinin kəskin bahalaşdığı deyilir. Bildirilir ki, xüsusilə Nərimanov, Nəsimi, Səbail kimi rayonlarda bu tendensiya müşahidə olunur. Bəzi mütəxəssislərin fikrincə, paytaxda daşınmaz əmlaka tələbat artır və nəticədə vətəndaşlar bahalaşmadan narazılıq edirlər.

Bu artım hansı həddə qədər davam edə bilər? Yaxın vaxtlarda mənzil qiymətlərində sabitləşmə gözlənilirmi?

Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, Bakının mərkəzində və bura yaxın ərazilərdə mənzil qiymətlərinin kəskin artımının səbəbləri arasında tələb və təklif faktorları ilə yanaşı, digər amillər də var:

“Bura tikinti ilə bağlı qaydaların sərtləşməsi, nəticədə müvafiq xərclərin kəskin artması, həmin ərazilərdə torpaq sahələrinin məhdudluğu, eləcə də şəhərsalma proqramlarının əsasən köhnə yaşayış massivlərində sökülən ərazilərdə aparılması daxildir. Məsələn, boş torpaq sahəsində tikinti aparmaqla yeni ərazidə eyni prosesi görmək arasında fərqlər var. Burada sahibkarların xərcləri əhəmiyyətli dərəcədə çox olur. 2018-ci ilin sonundan etibarən qəbul olunan tikinti qaydaları, xüsusilə sıxlıq əmsallarına dair sərtləşdirilmiş tələblər də bu xərclərin artmasına gətirib çıxarır. Belə vəziyyətdə təbii olaraq yekun satış qiymətlərinin bahalaşdığını müşahidə edirik”.

Ramil Osmanlı

Ekspertin fikrincə, bazar qiymətlərinin sabitləşməsi və ya azalması üçün tələb ya kəskin azalmalı, ya da sistemli şəkildə təklif artmalıdır:

“Təklif artarsa və bu sahədə sağlam rəqabət yaranarsa, bazarda dövriyyə vəsaitləri hesabına fəaliyyət göstərən müəssisələr qalarsa, qiymətlər sabitləşə və ya azala bilər. Əks halda, qiymətlərin düşməsini məqbul hesab etmirəm”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
globalinfo.az

1Mənbələr