AZ

Şimali Koreya ABŞ materikinə zərbə endirmək gücündədir

Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Cənubi Koreyanın birləşmə naziri Çunq Donq-yonq Şimali Koreyanın ABŞ materikinə zərbə endirmək qabiliyyətinə malik olduğunu bəyan edib.

AZXEBER.COM xəbər verir ki, "The Korea Times”ın məlumatına görə, nazir Çunq Almaniyaya rəsmi səfəri zamanı bununla bağlı açıqlama verib.

O bildirib ki, Şimali Koreya artıq ABŞ materikinə hücum edə bilən üç ölkədən birinə çevrilib və bu faktın rasional şəkildə qəbul edilməli olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, Pxenyan iqtisadi islahatlara və beynəlxalq açılıma can atırsa, buna yalnız Cənubi Koreya ilə əməkdaşlıq yolu ilə nail ola bilər.

Çunq həmçinin Şimali Koreya lideri Kim Çen In ilə ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında yeni görüş ehtimalına toxunub. Onun sözlərinə görə, hər iki tərəf dialoqa maraq göstərir və Kim Çen In-in son mesajları da həm Vaşinqtona, həm də Seula ünvanlanıb.

Gülay

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
azxeber.com

1Mənbələr