AZ

NATO nun keçmiş baş katibindən Zelenskiyə inanılmaz təklif

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Mən Ukrayna Prezidenti Volodimir Zelenskini Finlandiyadan nümunə götürməyə, ərazilərini verməyə çağırmışdım”.

Globalinfo.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq “Mənim nəzarətim altında” kitabında yazıb.

“Amma Zelenski təklifimi qəbul etmədi. O, hər hansı ərazilərin verilməsi ideyasını rədd etdi. Zaman keçdikcə Ukrayna lideri və onun müşavirləri bu barədə düşünməyə başladılar. Lakin onlar hesab edirdilər ki, ölkənin yeni ərazi reallıqları və təhlükəsizliyi NATO-ya üzvlük yolu ilə təmin edilməlidir”, – deyə o qeyd edib.

Ötən ilin dekabrında Stoltenberq bəyan etmişdi ki, Ukrayna ərazisinin Rusiyaya müvəqqəti olaraq verilməsi hərbi əməliyyatlara tez bir zamanda son qoymaq üçün bir variantdır.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
globalinfo.az

1Mənbələr