AZ

Elmə həsr edilmiş 65 il: Pənah Muradov Azərbaycan elminin fəxri

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Elmə həsr edilmiş 65 il: Pənah Muradov – Azərbaycan elminin fəxri

Görkəmli alim, AMEA-nın müxbir üzvü, Em və Təhsil Nazirliyi Mikrobiologiya İnstitutunun baş direktoru, Pənah Muradov 65 illik yubileyini qeyd edir.

Azərbaycan elmi ictimaiyyəti tanınmış alim, dərin biliyi, zəhmətkeşliyi və idarəçilik bacarığı ilə seçilən AMEA-nın müxbir üzvü, Elm və Təhsil Nazirliyi Mikrobiologiya İnstitutunun baş direktoru Pənah Muradovun 65 illik yubileyini böyük sevinc və qürur hissi ilə qeyd edir.

Pənah Muradov uzun illər ərzində elmi fəaliyyətini mikrobiologiya sahəsinin inkişafına həsr etmiş, apardığı araşdırmalar nəticəsində mühüm elmi nailiyyətlər əldə etmişdir. Onun elmi tədqiqatları yalnız Azərbaycan üçün deyil, beynəlxalq elmi dairələrdə də yüksək dəyərləndirilmişdir.

Alimin zəhməti sayəsində institutda bir sıra yeni istiqamətlər formalaşdırılmış, gənc mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət yetirilmişdir. Onun rəhbərliyi ilə hazırlanan elmi işlər respublika elminin dünyada tanınmasına mühüm töhfələr vermişdir.

Yüksək elmi nailiyyətləri, pedaqoji fəaliyyəti və təşkilatçılıq qabiliyyəti ilə seçilən Pənah Muradov həm də özünün sadəliyi, humanistliyi, vətənpərvərliyi ilə elmi ictimaiyyətin və tələbələrinin dərin hörmətini qazanmışdır.

Pənah Muradov 1960-cı il oktyabrın 1-də Ağcabədi rayonunun Şahsevən kəndində anadan olmuş, orta məktəb təhsilini uğurla başa vurduqdan sonra Bakı Dövlət Universitetinin biologiya fakültəsində ali təhsil almışdır. Elmi fəaliyyəti mikrobiologiya sahəsinə həsr olunmuşdur. Professor Pənah Muradov 250-dən artıq elmi əsərin müəllifidir. Onlardan 135-i xarici ölkələrdə, 56-sı isə beynəlxalq bazalarda referatlaşdırılmış jurnallarda dərc edilmişdir. O, həmçinin 4 müəlliflik şəhadətnaməsi və patentə malikdir.

Uzun illər ərzində o, müxtəlif elmi-tədqiqat institutlarında və ali təhsil müəssisələrində çalışaraq həm nəzəri, həm də praktiki biliklərin inkişafına xidmət etmişdir. Pənah Muradovun rəhbərliyi və müəllifliyi ilə aparılan tədqiqat işləri biologiya elminin aktual problemlərinə həsr olunmuş, elmi ictimaiyyət tərəfindən yüksək dəyərləndirilmişdir.

Alimin elmi yaradıcılığı ilə yanaşı pedaqoji fəaliyyəti də diqqətə layiqdir. Onun tələbələri bu gün ölkənin müxtəlif bölgələrində, eləcə də xaricdə uğurla fəaliyyət göstərir, müəllimlərinin zəhmətini daim minnətdarlıqla xatırlayırlar.

Professor Muradov yalnız elmdə deyil, həm də təhsildə böyük iz qoymuşdur. Onun rəhbərliyi altında 27 fəlsəfə doktoru və 3 elmlər doktoru hazırlanmışdır. O, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti tələbələrinə dərs demişdir.

Alimin elmi uğurları beynəlxalq səviyyədə də yüksək qiymətləndirilmişdir. Professor elmi adı ilə təltif olunan alim Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Pənah Muradov Böyük Britaniya, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Çexiya, Macarıstan, Gürcüstan və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda çıxış etmiş, müxtəlif beynəlxalq qrant layihələrinin qalibi olmuşdur.

Pənah Muradov iki dəfə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunmuşdur. Onların sırasında xarici ölkə vətəndaşları da yer almaqdadır ki, bu da alimin beynəlxalq elmi nüfuzunun göstəricisidir. Alim Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın biologiya və aqrar elmləri üzrə ekspert komissiyasının üzvü, hazırda isə həmin komissiyanın sədr müavinidir. O, həmçinin AMEA-nın Aqrar elmlər bölməsinin büro üzvüdür.

Onun əldə etdiyi uğurlar elmi fəaliyyətin dəyərini və cəmiyyət qarşısındakı xidmətini təsdiqləyir. Onun həyat yolu elmə sədaqətin, zəhmətsevərliyin və yüksək insani keyfiyyətlərin bariz nümunəsidir.

65 illik ömür yolunu elmə və vətənə xidmətə həsr edən AMEA-nın müxbir üzvü, professor Pənah Zülfiqar oğlu Muradov zəngin elmi fəaliyyəti, yetişdirdiyi gənc kadrlar və təşkilatçılıq bacarığı ilə Azərbaycan elminin inkişafına əvəzsiz töhfələr vermişdir. Onun həyat yolu gənc nəsil üçün örnək, Azərbaycan mikrobiologiya məktəbinin isə qürur mənbəyidir.

 65 illik ömür yolunu elmə və təhsilə həsr edən professor Pənah Muradov Azərbaycan elminin parlaq simalarından biridir. Onun elmi əsərləri, kadr hazırlığı, beynəlxalq nüfuzu və praktiki fəaliyyətləri Azərbaycan mikrobiologiya elminin inkişafına misilsiz töhfələr vermişdir. Elmi fəaliyyətində daim dəqiqlik, məsuliyyət və yenilikçi yanaşmaları ilə seçilən alim qısa zamanda həmkarlarının dərin hörmətini qazanmışdır. Onun tədqiqatları respublikamızda biologiya elminin inkişafına mühüm töhfə vermiş, gənc mütəxəssislərin yetişdirilməsində xüsusi rol oynamışdır. Muradov təkcə elmi nailiyyətləri ilə deyil, həm də yüksək insani keyfiyyətləri ilə seçilən ziyalımızdır. Əziz alimimmiz tədqiqatlarınız, elmi yenilikləriniz və yetişdirdiyiniz tələbələriniz elm ailəsinin qazancı olmaqla yanaşı, ölkəmizin elmi-mədəni həyatında mühüm əhəmiyyət kəsb edir.

 Onun sadəliyi, məsuliyyəti və Vətən elminə bağlılığı həmkarlarının və tələbələrinin dərin hörmətini qazanmışdır.Alimimizi 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir,  ona möhkəm cansağlığı, uzun ömür və yeni elmi uğurlar arzulayırıq. Sizin elm sahəsindəki çoxillik fəaliyyətiniz, zəngin təcrübəniz, yüksək peşəkarlığınız və Azərbaycan elminin inkişafına verdiyiniz dəyərli töhfələr daim hörmət və ehtirama layiqdir. 

Siz hər zaman bilik və bacarığınız, səmimi münasibətiniz və fədakar əməyinizlə həmkarlarınız üçün nümunə olmusunuz. 

Əminik ki, alimin zəngin biliyi, təcrübəsi və yorulmaz fəaliyyəti bundan sonra da Azərbaycan elminin inkişafına mühüm töhfələr verəcəkdir.

Yubleyiniz mübarək!

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
2
xalqqazeti.az

3Mənbələr