ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
"Hər nə qədər içimizdəki xainlər münasibətlərimizi pozmağa çalışsa da, buna fürsət verməyəcəyik".Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfirliyinin Media müşaviri Alptekin Cihangir İşbilir Türkiyə-Azərbaycan Media Platforması və Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə media nümayəndələri ilə görüşdə deyib.Müşavir bildirib ki, bu baxımdan bir çox sahədə əməkdaşlığımız davam etdirməliyik:"Bugünkü görüşümüzün məqsədi də Azərbaycan-Türkiyə əlaqələrini bu istiqamətlərdə möhkəmləndirmək məqsədi daşıyır. Gələcək həftələrdə isə iqtisadi və siyasi istiqamətlərdə də görüşlər təşkil olunacaq"."Oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Qəbələ zirvəsi olacaq. Həmin zirvə görüşünün ruhuna da xələl gətirmək istəyənlər olacaq. Yenə də birlikdə bu neqativ hallara qarşı birlikdə mübarizə aparmalıyıq. Buna görə də Türkiyə-Azərbaycan Media Platformasının inkişaf etməsi üçün əlimizdən gələni edəcəyik. Boşluq buraxmayacaq ki, aramıza girməsinlər", - deyə İşbilir qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.