AZ

4 üzgüçümüz fəxri kürsüdə

Azərbaycanın 4 üzgüçüsü III MDB Oyunlarında medal qazanıb.

Süleyman İ smayılzadə 200 metr məsafəyə sərbəst üsulla üzməkdə ikinci yeri tutub.

200 metr məsafəyə “butterfly” üsulu ilə üzməkdə uğurlu çıxış edən üzgüçülər Mehri Əbdürəhmanlı gümüş, Anastasiya Qnussina isə bürünc mükafat əldə edib.

Həmin növdə ölkəmizi təmsil edən Oktay Hüseynov da gümüş mükafata sahib çıxıb.

Kişilərin və qadınların 4x100 metr məsafəyə sərbəst üsulla yarışında eyni nəticə qeydə alınıb – Rusiya millisi birinci, Belarus ikinci, Qazaxıstan kollektivi isə üçüncü yeri tutub.

Beləliklə, üzgüçülük yarışlarında ikinci günə yekun vurulub.

Q.ƏLİYEV
XQ

Seçilən
30
1
xalqqazeti.az

2Mənbələr