AZ

"Trampın Qəzza planı Ukrayna münaqişəsinə də şamil oluna bilər"

"Donald Trampın Qəzza sektorunda vəziyyətin tənzimlənməsi ilə bağlı sülh planı Rusiya və Ukrayna arasındakı münaqişəyə də tətbiq oluna bilər".

Ölkə.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff "Fox News"a müsahibəsində deyib.

“Prezident hər yerdə sülh görmək istəyir. Söhbət yalnız Qəzzadan getmir. Məsələ bunun Yaxın Şərqin digər regionlarında necə həyata keçiriləcəyində və nəyə gətirib çıxaracağındadır. Ola bilsin ki, hətta Rusiyaya və Ukraynaya da tətbiq olunsun”, – deyə Uitkoff bildirib.

Xüsusi nümayəndə əlavə edib ki, hər iki münaqişənin həllinə ehtiyac var, lakin Ukrayna böhranından fərqli olaraq, Qəzza ilə bağlı artıq hazır tənzimləmə planı mövcuddur.

Həmidə İbrahimova

Seçilən
15
olke.az

1Mənbələr