AZ

Əliyar Ağayev Brann Utrext matçının baş hakimi olacaq

Reyting.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanın FIFA referisi Əliyar Ağayev təyinat alıb.Reyting.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində keçiriləcək "Brann" (Norveç) – "Utrext" (Niderland) matçının baş hakimi olacaq.Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Macarıstanlı Tomaş Baqnar VAR, Ferents Karako isə AVAR kimi fəaliyyət göstərəcək.Qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki "Brann" stadionunda keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
29
reyting.az

10Mənbələr