FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Bizim.Media AFFA-ya istinadən xəbər verir ki, Ə.Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Brann” (Norveç) – “Utrext” (Niderland) matçının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Macarıstanlı Tomaş Baqnar VAR, Ferens Karako isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki “Brann” stadionunda keçiriləcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta