AZ

İnformasiya təhlükəsizliyi yalnız məlumatların qorunmasını deyil, eyni zamanda mühitinin təmizliyi deməkdir - Fazil Novruzov

Bakı. Trend:

Rəqəmsal dövr media və informasiya kontekstində texnologiyanınsürətlə inkişaf etdiyi və məlumatların geniş miqyasda mübadiləolunduğu bir mühitdir.

Trend xəbərverir ki, bu sözləri Azərbaycan Respublikası Audiovizual ŞurasınınAparat rəhbəri Fazil Novruzov II Azərbaycan – Özbəkistan MediaForumu çərçivəsində“Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiyatəhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” mövzusunda panelsessiyada çıxış edərkən deyib.

Onun sözlərinə görə, təbii ki, belə mühitdə informasiyatəhlükəsizliyi ən vacib məsələlərdən biridir:

"İnformasiya təhlükəsizliyi yalnız məlumatların qorunmasınıdeyil, eyni zamanda həmin məlumatların hərəkət etdiyi mühitintəmizliyi və nizamlı olmasının təmin edilməsini ehtiva edir. Müasircəmiyyətdə informasiya təhlükəsizliyinə mütləq nail olunması mümkünolmasa da, bu istiqamətdə məqsədlərə çatmaq üçün bir sıra alətlərvə vasitələr mövcuddur. Bu alət və vasitələrin arasında cəmiyyətinintellektual səviyyəsinin yüksəldilməsi, media və informasiyasavadlılığının, rəqəmsal biliklərin artırılması xüsusi əhəmiyyətkəsb edir".

"Sadaladığım bu alətlərdən son illərdə ölkəmizdə kifayət qədəruğurla istifadə olunur. Bu istiqamətdə dövlət qurumları, mediasubyektləri, ictimai birliklər xeyli işlər görür. Təbii ki, bukontekstdə Azərbaycan-Özbəkistan Media Forumunun təşkilatçısı olanMedianın İnkişafı Agentliyinin işi xüsusilə vurğulanmalıdır. Sonillər agentlik tərəfindən media savadlılığı istiqamətində həyatakeçirilən fəaliyyət hazırda dünyada bu sahədə mövcud olan ən uğurlutəcrübələrə əsaslanır",- deyə o vurğulayıb.

Seçilən
84
az.trend.az

1Mənbələr