AZ

"Porsche Azərbaycan"dan uşaqlarla unudulmaz kartinq - FOTOLAR

(®) Günü Porsche Bakı Mərkəzinin təşkilatçılığı ilə 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdləri üçün Baku City Karting-də (BCK) xüsusi tədbir keçirildi. Bu sosial məsuliyyət təşəbbüsü uşaqlara həm əyləncəli, həm də maarifləndirici bir gün bəxş etdi.

Tədbir çərçivəsində şagirdlər professional təlimçilər tərəfindən kartinqin qaydaları və təhlükəsizlik normaları barədə məlumatlandırıldılar. Daha sonra bütün təhlükəsizlik qaydalarına riayət olunmaqla karting avtomobillərini idarə etmək imkanı qazandılar. Xüsusi qayğıya ehtiyacı olan və avtomobilləri müstəqil formada idarə edə bilməyən uşaqlar isə 2 nəfərlik karting avtomobillərində təcrübəli instruktorların idarəçiliyi altında sürüş təcrübəsini yaşadılar. Bu onların da karting həyəcanını bölüşməsinə imkan verdi.

“Bizim üçün uşaqların üzündə təbəssüm görmək ən böyük uğurdur. Porsche Bakı Mərkəzi olaraq belə layihələrlə gələcəkdə də gənclərin inkişafına və onların sosial inteqrasiyasına dəstək verməyə davam edəcəyik,” – deyə "Əfəndilər Qrup"un İcraçı Direktoru Amal Əlili bildirib.

Bu təşəbbüs Porsche Bakı Mərkəzinin sosial məsuliyyət layihələri çərçivəsində icra olunub və məqsəd uşaqlara yeni təcrübələr qazandırmaqla yanaşı, onların həyat sevincini və özünəinamını artırmaqdır.

Porsche Bakı Mərkəzi Əfəndilər Qrup Amal Əlili sosial məsuliyyət layihəsi 11 saylı inteqrasiya təlimli internat məktəbi Baku City Karting BCK kartinq karting qaydaları təhlükəsizlik normaları uşaqlar üçün tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqlar sosial inteqrasiya gənclərin inkişafı əyləncəli tədbir maarifləndirici tədbir təcrübəli instruktor karting avtomobili iki nəfərlik karting uşaqların özünəinamı uşaqların həyat sevinci
Seçilən
24
2
marja.az

3Mənbələr