Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Şəhərə axın istiamətinin biri "Koroğlu"dan Bakı kəndlərinə, digəri isə Sumqayıt, Xırdalan və Masazır dlandırğımız istiamətlərdir. 2030-cu ilə qədər olan dövlət proqramı bəllidir. Həmin isitqamətə metro xətlərinin çəkilməsi nəzərdə tutulmayıb".
BAKU.WS-in məlumatına görə, bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O əlavə edib ki, xüsusi olaraq Sumqayıt-Xırdalan-Masazır istiqaməti ilə bağlı məsələyə 2030-cu ildən sonra müəyyən şərtlər daxilində bəlkə də baxıla bilər:
"Amma əvvəlcə şəhər mərkəzinə doğru istiqamətlərlə bağlı işlər tamamlanmalıdır və bu ən zəruri, qaçılmaz məsələdir. Nəzərə almaq lazımdır ki, şəhərin mobillik planında xüsusi bir yanaşam var. Bu yanaşma bütün ictimai nəqliyyatın inteqrasiya olunmuş sıx fəaliyyətini təmin etməkdir. Əsas hədəflərdən biri şəxsi avtmobillərə meyilliyin azaldılması, əvəzində ictimai nəqliyyatın çeşidli olmasını təmin etməkdir. Şəhər mərkəzinə doğru əsas insan axını bölünərək parçalanarsa, hərəkət rahatlığı, sıxlığın qarşısı alınarsa, digər istiqamətlər aktuallaşa bilər. Bu səbəbdən 2030-cu ilə qədər olan Dövlət Proqramı icra olunduqdan sonra yeni reallıqlara uyğun qərarlar verilməlidir. Başqa sözlə, şəhərin mobillik planlarının inkişafı həll yollarlnı göstərəcək".
Orxan Hüseyn
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.