BAKI, 30 sentyabr. TELEQRAF
"Vətən müharibəsindəki qələbəmiz xeyirin şər üzərindəki qələbəsi kimi xarakterizə oluna bilər".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk iclasında vitse-spiker Əli Əhmədov deyib.
O qeyd edib ki, tarixi zəfər eyni zamanda cənab Prezident İlham Əliyevin sərkədəlik məharəti ilə bağlıdır: “Bundan sonra yəqin ki, sülh əbədi olacaq”.