AZ

Rusiyada miqrantların pensiyalarının ləğv gündəmə gəldi Azərbaycanlılara necə təsir edə bilər?

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyada miqrantların və vətəndaşlığı olmayan şəxslərin pensiya hüququnun ləğv edilməsi gündəmə gəlib.

“AzPolitika” xəbər verir ki, Dövlət Dumasında çıxışı zamanı LDPR lideri Leonid Slutski bildirib ki, dövlət yalnız ölkəyə faydası olan, vergi ödəyən şəxslərə sosial təminat verməlidir. Onun sözlərinə görə, miqrantlara pensiya ödəmək hazırkı sərt büdcə şəraitində “pulsuz sosial müavinət” rolunu oynayır və dövlət üçün maliyyə yüküdür.

“Sərt qənaət dövründə hər qəpik önəmlidir. Miqrantlara pensiya adı altında verilən pullar əslində pulsuz sosial müavinətə çevrilib. Dövlət bu yükü daşımalı deyil”, - Slutski vurğulayıb.

Ekspertlər hesab edirlər ki, bu addım Rusiyanın pisləşən iqtisadi vəziyyəti və sosial xərcləri ilə bağlıdır. Ukrayna müharibəsi və artan müdafiə xərcləri fonunda Moskva büdcə öhdəliklərini yenidən qiymətləndirməyə məcburdur. Miqrantlara pensiya ödənişlərinin dayandırılması həm də daxili ictimai rəyi sakitləşdirmək məqsədi daşıyır. Yəni yerli əhali sosial xərclərin “yad şəxslərə” getməsinə qarşı narazılıq göstərir.

Azərbaycan və digər Mərkəzi Asiya ölkələrindən Rusiyada yaşayan miqrantlar üçün bu addım ciddi nəticələr doğura bilər. Pensiya ödənişi dayandırılsa da, miqrantlar işə davam etmək, sosial xidmətlərdən istifadə imkanlarının məhdudlaşması və əlavə maliyyə yükü ilə üzləşə bilərlər. Bu vəziyyət həm də Rusiyada yaşayan miqrantların hüquqi statusunu və gələcək sosial müdafiəsini sual altına qoyur.

Slutskinin təklifi Rusiyada sərt qənaət siyasətinin bir hissəsi kimi qiymətləndirilir və yaxın gələcəkdə miqrant siyasətində ciddi dəyişikliklərin olacağını göstərir. Bu, eyni zamanda regional əmək bazarına və beynəlxalq əməkdaşlıq məsələlərinə də təsir göstərə bilər.

Rasim

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
azpolitika.info

1Mənbələr