AZ

Orta məktəb şagirdini soyundurub videoya çəkiblər?

Sosial şəbəkələrdə 281 saylı tam orta məktəbin 7-ci sinif şagirdinin soyundurularaq videoya çəkilməsi ilə bağlı iddialar yayılıb. “Bakuinfo” xəbər verir ki, həmin məktəbin şagirdləri məsələ ilə bağlı Baku TV-yə danışıblar. “Deyilənə görə, o özü soyunub. Deyəsən, videonu sinfin adını batırmaq üçün çəkiblər. İndi də həmin sinif dağılır, uşaqlar sinifdən çıxır. Uşaqda çatışmazlıq var, gələn-gedənə sataşır. İndi də həmin uşaq dərsə gəlmir”, - şagirdlər söyləyib. Valideynlər isə bu hadisədən narahat olduqlarını vurğulayıblar. Onlar məktəb tərəfindən uşaqlara bu məsələ ilə bağlı danışmağa qadağa qoyulduğunu və təhsil müəssisəsində bu cür hadisələrin bir neçə dəfə yaşandığını deyiblər. Məsələ ilə bağlı 281 nömrəli tam orta məktəbin rəhbərliyindən bildirilib ki, sözügedən 7-ci sinif şagirdi davranış qaydalarını mütəmadi olaraq pozur, dərs prosesi zamanı aqressiv hərəkətlər edir: “Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışı ilə bağlı ona xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib. Sentyabrın 18-də tənəffüs vaxtı 7-ci sinif şagirdləri davranış qaydalarını mütəmadi pozan şagirdə qarşı təzyiq göstəriblər. Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır”. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə qeyd edilib ki, qurum tərəfindən məktəbdə sağlam psixoloji mühitin möhkəmləndirilməsinə dəstək üçün əlavə psixoloq cəlb olunub: “Bu kimi hallarda təhsil alanların psixoloji zərər görməməsi və uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır, şagird davranış qaydalarına uyğun olmayan hallara qarşı qanunauyğun tədbirlər görülür”. (Qafqazinfo)

Seçilən
30
14
bakuinfo.net

10Mənbələr