AZ

Cabir İmanovun məşqçisi danışdı - Video

Xəbər verdiyimiz kimi, əməkdar artist Cabir İmanov dünən idman zallarından birində infarkt keçirərək dünyasını dəyişib.

Hurriyyet.az xəbər verir ki, sənətkarın məşqçisi olduğu bildirilən şəxs onun ölümü ilə bağlı açıqlama verib.

O bildirib ki, Cabir İmanova ilkin tibbi yardım göstərməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb:

“Azərbaycan böyük bir itki verdi. Allah ona rəhmət eləsin, yaxınlarına səbr versin. Cabir müəllim həqiqətən də çox dəyərli, yaxşı bir insan idi. Hadisə zalda baş verdi, amma məşq vaxtı yox. Cabir müəllim zala yeni daxil olmuşdu, mənimlə görüşdü, ardınca qəfil halı pisləşdi. Mən şəxsən ilkin tibbi yardım göstərməyə çalışsam da, təcili yardım əməkdaşları gəlsə də, Cabir müəllimi xilas etmək mümkün olmadı. Allah ona qəni-qəni rəhmət eləsin, məkaMənı cənnət olsun”.

Seçilən
13
5
hurriyyet.az

10Mənbələr