BAKI, 30 sentyabr. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ararat Mirzoyanın X səhifəsində bildirilib.
“Həmkarım Andrey Sibiqa ilə dərin söhbət. Ermənistan-Ukrayna əməkdaşlığını inkişaf etdirməyə və ikitərəfli gündəliyi genişləndirməyə razıyıq”, - Mirzoyan qeyd edib
Nazir əlavə edib ki, görüş zamanı Cənubi Qafqazda (Ermənistan və Azərbaycan arasında) bərqərar olmuş sülh də qısa şəkildə təqdim olunub.
Ermənistan XİN rəhbərinin sözlərinə görə, görüşdə Ukraynada sülhün əldə olunmasının vacibliyi də vurğulanıb: “Mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb”.