Mədəniyyət Nazirliyi dövlətin təməl ideologiyasını qorumaq və inkişaf etdirmək məqsədilə kitab sənayesinə xüsusi diqqət ayırır.
News365.az xəbər verir ki, bu sözləri 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı təşkil edilmiş mətbuat konfransında Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu bildirib.
O qeyd edib ki, sərgidə bu dəfə üç əsas və bir köməkçi zonadan ibarət olacaq:
“Bunlardan biri əməkdaşlıq zonasıdır. Sərgidə 123 yerli nəşriyyat, poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə iştirak edəcək. Həmçinin 23 dövlətdən 68 xarici təşkilat sərgiyə qatılacaq”.