AZ

Danimarkada ehtiyatda olan yüzlərlə hərbçi xidmətə çağırıldı - TƏCİLİ

Yazını böyüt
Yazını kiçilt

Danimarkada ehtiyatda olan bəzi hərbçiləri təcili olaraq xidmətə çağırılıb.

Hafta.az “UNİAN”-a istinadla xəbər verir ki, yerli “TV 2” kanalının əldə etdiyi məxfi məlumata əsasən,
çağırış birbaşa Danimarka hava məkanında pilotsuz təyyarələrin vəziyyətinə istinad etməklə edilir.

Sənəddə deyilir ki, əsgərlər “mümkün qədər tez” xidmətə gəlməlidirlər. Ancaq çağırışın dəqiq miqyası məlum deyil. Mənbələr bunun bir neçə yüz hərbçini əhatə etdiyini bildirir.

Yerli jurnalistlər qeyd edir ki, miqyasından asılı olmayaraq, belə təcili çağırışlar son dərəcə qeyri-adidir.

"Bu, bizim tamamilə müstəsna vəziyyətdə olduğumuzu göstərir. Ona görə də belə müstəsna tədbirlər görülür. Əvvəllər belə bir şey eşitdiyimi xatırlamıram", - Müdafiə Kəşfiyyat Xidmətinin təhlükəsizlik üzrə müşaviri və keçmiş baş analitiki Jakob Kaarsbo belə deyib.

"TV 2" xəbər verir ki, çağırış ölkə ərazisində mümkün qoşun yerləşdirilməsi üçün hazırlıqla bağlıdır. Təhlükəsizlik müşavirinin sözlərinə görə, bu, tezliklə Kopenhagendə keçiriləcək Aİ sammiti ərəfəsində tamamilə məntiqlidir.

"Hər halda, hazırkı hadisələri nəzərə alaraq yüksək hazırlıq vəziyyətindəyik. Və Rusiya gəmiləri ölkəmiz ətrafında üzməkdə davam edir. Əminəm ki, bütün resurslar səfərbər olunacaq", - Yakob Kaarsbo bildirib.

Danimarka ordusunda mövcud olan ehtiyatda olanların sayı ilə bağlı dəqiq rəsmi rəqəmlər yoxdur, lakin 2013-cü ildə Danimarka Baş ehtiyat kadrlar idarəsi onların sayını təxminən 3 min əsgər olaraq qiymətləndirib.

Sultan Laçın

Seçilən
19
1
hafta.az

2Mənbələr