AZ

Ali təhsil haqqında qanuna ehtiyac var Deputat

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Payız sessiyasının gündəliyinə Ali təhsil haqqında Qanun layihəsinin daxil edilməsini təklif edirəm.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, ali təhsil müəssisələrinin belə bir qanuna ehtiyacı var:

"Biz təhsil haqqında qanun qəbul etmişik. Qanun layihəsində ali təhsil sisteminin elektronlaşdırılması, maliyyələşdirilməsi, tədqiqat universitetlərinin yaradılması, akademik heyətin hüquq və vəzifələri, ali təhsil müəssisələrinin muxtariyyəti və digər mühüm vəzifələr əksini tapıb. Bu gün heç bir halda qaydalar qanunu əvəz etmir. Eyni zamanda süni intellekt haqqında qanun hazırlanmasını təklif edirəm. Bu yaxınlarda İtaliya belə bir qanun qəbul etdi”. 

Deputat, həmçinin qəbiristanlıqlarla bağlı qanunun qəbul olunmasını təklif edib və getdikcə bu məsələ daha çox problem yaradacağını vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
4
modern.az

5Mənbələr