AZ

Uitkoff: “Trampın Qəzza planı Ukraynadakı vəziyyəti də dəyişə bilər”

AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff “Fox News” telekanalına müsahibəsində belə deyib.

“Prezident Tramp ümumən sülh istəyir. Bu, təkcə Qəzzaya aid deyil, həm də onun Yaxın Şərqin qalan hissəsinə necə yayıla biləcəyinə, hətta Rusiya və Ukraynaya yayıla biləcəyinə də aiddir”,- Uittkoff vurğulayıb.

O, ABŞ hökumətinin Fələstin anklavında münaqişənin həlli planını belə təsvir edib. Uitkoffun sözlərinə görə, Trampın təşəbbüsü həm Fars körfəzi, həm də Avropa ölkələri tərəfindən dəstəklənir.

Xatırladaq ki, dünən ABŞ prezidenti Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahunu qəbul edib – bu, İsrail liderinin 2025-ci ildə ABŞ-yə dördüncü səfəridir. ABŞ-İsrail danışıqlarının əsas mövzularından biri Vaşinqtonun Qəzza zolağında münaqişənin həlli üçün təklif etdiyi 21 bəndlik plan olub.

- Əsasən Uittkoffun rəhbərliyi ilə hazırlanan və digər iştirakçıların təkliflərini özündə birləşdirən bu sənəd BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində ərəb və müsəlman ölkələrinə təqdim edilib”,- “Times of Israel” nəşri yazır.

Trampla Netanyahu arasındakı danışıqlardan sonra Ağ Ev sözügedən planı açıqlayıb. İlk addım İsrail qoşunlarının 72 saat ərzində çıxarılması və girovların azad edilməsi üçün atəşkəs olacaq. Bunun müqabilində İsrail ömürlük həbs cəzası çəkən 250 fələstinlini və 1700 məhbusu azad edəcək, silahlarını təhvil verən HƏMAS üzvləri isə amnistiya alacaq.

Qəzzanın idarə edilməsi Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin iştirakı ilə beynəlxalq sülh şurasının nəzarəti altında müvəqqəti texnokratik Fələstin komitəsinə veriləcək.

Plan humanitar yardım, infrastrukturun bərpası və polisə dəstək üçün ərazidə Beynəlxalq Stabilləşdirmə qüvvələrinin yerləşdirilməsininəzərdə tutur. İsrail isə Qəzza Zolağını işğal etməmək barədə öz üzərinə öhdəlik götürür.

Bundan başqa, sənəd fələstinlilərlə israillilər arasında dialoqu nəzərdə tutur və Fələstin dövlətçiliyi məsələsi qalan bəndlərin həyata keçirilməsinə qədər təxirə salınır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
17
azvision.az

1Mənbələr