AZ

Parlamentin payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib



Milli Məclisin 2025-ci il payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib.

aia.az xəbər verir ki, sənəd parlamentin payız sessiyasının bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Qeyd edilib ki, sessiyanın qanunvericilik işləri planına 5 yeni qanun layihəsininin hazırlanması daxil edilib.

Həmin sənədlər Dövlət Qulluğu Məcəlləsi, "Dövlət xidmətləri haqqında", "Daxili qoşunlar haqqında", "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" və "Uşaq hüquqları haqqında" qanun layihələridir.

İşlər planı səsverməyə qoyularaq qəbul edilib.



Seçilən
8
7
aia.az

9Mənbələr