AZ

SOCAR geotermal enerji layihələri üçün tərəfdaş axtarır

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) geotermal enerji sahəsində tərəfdaş axtarır.

"Report" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) ikinci günündə bildirib.

"Beləliklə, indi bunu elan edirəm. Biz malik olduğumuz imkanları araşdırmağa başlaya bilmək üçün geotermal texnologiyada təcrübəsi olan səhmdar tərəfdaş axtarırıq", - Ə. İsayev vurğulayıb.

Onun sözlərinə görə, bu istiqamətdə artıq Beynəlxalq Geotermal Agentliklə əməkdaşlıq qurulub və təşkilat SOCAR-a uyğun tərəfdaş tapmaqda dəstək göstərir:

"Son üç ildə böyük nailiyyətlər əldə etmişik. Bunlar əməkdaşlığın nəticəsidir və biz bu əməkdaşlığı davam etdirəcəyik. Çünki əməkdaşlıq bilik mübadiləsini genişləndirir, dekarbonizasiya səylərimizi sürətləndirir. Panel müzakirələrini səbirsizliklə dinləmək və daha çox öyrənmək istəyirəm".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
azpolitika.info

2Mənbələr